Rusiyada HİV epidemiyası elan olunub

Rusiyada HİV epidemiyası elan olunub
  02 Noyabr 2016    Oxunub:1639
Rusiyanın Yekaterinburq şəhərində HİV (İİV-İnsan İmmunçatışmazlığı Virusu) epidemiyası rəsmi elan olunub.
AzVision.az “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə Yekaterinburq Səhiyyə İdarəsinin rəis müavini Tatyana Savinova bildirib. Məlumata əsasən Yekaterinburqun hər 50-ci sakini bu təhlükəli virusa yoluxub.

Savinova qeyd edib ki, hər 100 min sakindən 1826 nəfəri, yəni şəhərin 1,8 faiz əhalisi bu ölümcül virusa yoluxub.

Məlumata görə, yoluxma daha çox narkotik vasitələrin qəbulu və cinsi əlaqə yolu ilə baş verir (müvafiq olaraq 52 və 46 faiz). Məlumatda qeyd olunur ki, Rusiyada homoseksual əlaqə yolu ilə HİV-ə yoluxma, demək olar ki, baş vermir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti