Pul haqqında 7 səhv fikir

Pul haqqında 7 səhv fikir
  13 Avqust 2013    Oxunub:1847
AzVision.az böyük miqdarda pula sahib olmaq barədə 7 yanlışı təqdim edir.
1. Birinci səhv fikir - böyük miqdarda pul yalnız ağır əmək nəticəsində əldə edilir. Əgər bu iddia ilə siz ağır işi yerinə yetirsəniz cüzi maaş alacaqsınız. Bu yolla böyük miqdarda pul qazanmaq imkanının üstündən xətt çəkirsiniz. Əslində böyük miqdarda pul qazanmaq çox asandır. Bunun üçün fikirləşmək və onun arxasınca getmək lazımdır.

2. İkinci səhv fikir – pul həyatda vacib şey deyil. Məhz bu iddia pul və xoşbəxtlik barədə düşünməyə mane olur. Pul əslində sizin dəyərinizin meyarıdır. Əgər pulunuz yoxdursa, deməli, siz heç nəyə dəymirsiniz. Pul çox dəyərlidir. Pul ilə həyatda çox şey etmək olar – yaxşı yaşayış, bahalı hədiyyələr və s.

3. Üçüncü - pul insanı korlayır. Siz tamamilə səhv düşünürsünüz. Bütün milyonçular və milyarderlər ağıllı insanlardır. Onlar daha nəcib və ürəyiaçıq insanlardır.

4. Dördüncü iddia - halal zəhmətlə böyük miqdarda pul qazanmaq imkansızdır. Əksinə, “böyük pullar” məhz böyük əziyyətlə qazanılır. Faydalı iş həmişə insana böyük miqdarda pul gətirir.

5. Pul haqqında beşinci səhv fikir - ətrafında yoxsul olarkən zəngin olmaq ayıbdır. Əksinə, zəngin olmaq əla şeydir. Beləcə səyahət etmək, həyatdan həzz almaq, yaxın insanların qayğısına qalmaq olar.

6. Pul haqqında altıncı səhv fikir - pulu “qara gün”ə saxlamaqdır. Əksinə pulu müəyyən işə yatırmaq və daha çox pul əldə etmək lazımdır. Çünki “qara gün” heç vaxt gəlməyəcək.

7. Sonuncu yanlış fikir – kasıb doğulub, kasıb ölməkdir. Əslində dünyada tanınmış milyarderlərin əksəriyyəti kasıb ailələrdən çıxıb.

AzVision.az


Teqlər:





Xəbər lenti