Rauf Arifoğlundan cəbhəçilərə sərt cavab

Rauf Arifoğlundan cəbhəçilərə sərt  cavab
  12 Avqust 2013    Oxunub:2149
Yeni Müsavat qəzetinin baş redaktoru Rauf Arifoğlu AXCP funkisionerlərinin facebookda onun barəsində yazdıqları təhqirlərə cavab verib. AzVision.az R.Arifoğlunun cavabından bir hissəsni təqdim edir.
Son uğursuzluqlarını, siyasi prosesləri və müxalifəti çıxılmaza soxmaqlarını ötr-basdır etməyin yolunu bulub funksionerlər. Günahkarı tapıblar və ən təpədən gələn komanda ilə “Yeni Müsavat” hədəfə götürülüb. Necə gəldi döşəyirlər; qəzetlərində təhqiramiz yazılar dərc edirlər, heysiyatımızla oynayırlar, hətta ailə üzvlərimizi dillərinə dolayırlar. Susuruq; lakin son həddə çatanda, arada bir cavab veririk ki, bizim də əlimiz armud toplamır...
Bu zaman başlayırlar ki, “Yeni Müsavat” hakimiyyətin tapşırığı ilə bizə hücum edir. (Yalan! Hakimiyyətdən tapşırıq alanın da, bunu qəsdən, qərəzdən deyənin-dedirdənin də əzizlərinə, bütün nəsli-nəcabətinə, hər iki dünyasına lənət olsun! ) Digər yandan, hakimiyyət sənə niyə hücum eləsin ki? Müxalifətin, millətin şansını gül kimi batırdın, İlham Əliyevin yollarını açdın,ona dirəniş göstərə biləcək Müsavatın və onun liderinin şanslarını mümkün qədər zədələdin, müxalifət düşərgəsində sayənizdə bir qımıldama, bir aksiya, mitinq, hətta piket də yoxdur. Belə bir seytnot vəziyyəti yaradana, düşərgəni iflic edənə, müxalifəti içdən parçalayana iqtidar niyə hücum etməlidir ki?

Biriləri o zaman rejimlə bazarlığa gedəndə, biz özümüzü hədəf göstərmişik, türmələrə girmişik, canımızı millətə nəzir demişik... Bunları gənclər bilməyə bilər. Bəs, bu ağsaqqal, yaşlı cəbhəçilər (məni söyənlərin 95 faizi istisnasız olaraq, AXCP-çilərdi; komanda adamlarıdı) niyə belə edirlər? Mənə, şəxsimə nə deyirlər desinlər, ürəklərini mənə olan nifrinləri ilə soyutsunlar, təsəlli tapsınlar, macəraçı siyasi liderlərinin prosesləri çıxmaza soxmasının səbəbini məndə görsünlər; ürəkləri fənalaşan ərəfədə bir az soluqlansınlar. Amma bu qəzetə bunca haqsızlıq yapmasınlar. “Yeni Müsavat” millətin və onun darda olan hər bir üzvünün son qalası, sığnacağıdı.

Bəzi cəbhəçi dostlarımız əllərində palçıq vedrəsi, oturublar Facebook-da, burda olmağın əsas mənasını bunda görürlər ki, hər gün kim daha çox “Yeni Müsavat”ı təhqir edəcək. Şiddətlə qınayıram.

“Yeni Müsavat” hazırda AXCP-ni tənqid edir – yazdıqlarına cavab verir; qəzetin işi zatən bu. Bəzən dəstək verər - çətinə düşəndə arxa durar, lakin bəzən də tənqid edər. Yazıya görə qəzeti, jurnalisti sıxmaq, qaralamaq, tənqir etmək, qara siyahıya salmaq anti-demokratikdi, gerilikçilikdi, bolşeviklikdi, kültürsüzlükdü.
Yazımıza yazı ilə cavab verin, arqumentlə danışın, daha niyə söyür, təhqir edirsiniz?
Yaxşımı edirsiniz? Allah taxsıratınızı əfv etsin, o zaman davam edin, daha da şiddətləndirin. Biz də oturaq sizə dua edək.



Teqlər:  





Xəbər lenti