Elçin Əfəndiyev və Obama Peresin dəfnində - VİDEO

Elçin Əfəndiyev və Obama Peresin dəfnində - VİDEO
  30 Sentyabr 2016    Oxunub:21598
Hal-hazırda İsrailin sabiq prezidenti Şimon Pereslə rəsmi vida mərasimi keçirilir.

AzVision.az xəbər verir ki, mərasimə 80 ölkədən rəsmi nümayəndə qatılıb.

Dəfində ABŞ prezidenti Barak Obama, Fransa prezidenti Fransua Olland, Kanada baş naziri Ceysin Tryudo və digər rəsmilər də iştirak edir. Barak Obamanın mərasimdə xüsusi nitqlə çıxış edəcəyi gözlənilir.

Azərbaycanı Peresin dəfnində Baş nazirin müavini Elçin Əfəndiyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

Qeyd edək ki, Ş. Peres sentyabrın 28-də 94 yaşında vəfat edib.



Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti