Azərbaycanın düşməni qorxuya salan `İldırım`ı - FOTOLAR

Azərbaycanın düşməni qorxuya salan `İldırım`ı - FOTOLAR
  30 Sentyabr 2016    Oxunub:22854
Müdafiə Sənayesi Nazirliyi “ADEX 2016" Beynəlxalq Müdafiə Sərgisində Azərbaycanın yerli mühəndisləri tərəfindən hazırlanmış “İLDIRIM” zirehli transportyoru nümayişə çıxarıb.

AzVision.az xəbər verir ki, "İldrım" ZT "Caprivi Mk1 4x4" transportyorunun yerli variantı "Mobile Land Systems" ilə "MODIAR"-ın (Military-Technical Cooperation Department of the Azerbaijani Ministry of Defence Industry) birgə istehsalıdır.

Əsas silah sistemi 12,7 mm-lik NSV tipli pulemyotdur. Döyüş maşını tank əleyhinə mina partlayışına davamlıdır. Həmçinin aşmır və suda batmır.

Zirehli transportyorun digər göstəriciləri aşağıdakı kimidir:

- Mühərrik: 6 slinderli CUMMINS ISBe 270 BS-III.
- Mühərrik gücü: 265 a.g.
- Maks. sürət: 90 km/saat.
- Yanacaq çəni: 70 L + 70 L.
- Heyət: 12 + 2.
- Uzunluğu: 7.3 m.
- Eni: 2.5 m.
- Hündürlüyü: 3.2 m.
- Çəkisi: 15.5 ton.
- Yük götürmə qabiliyyəti: 2.5 ton.
- STANAG 4569 Level 2A, 2b blast protection.









Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti