ATƏT-in sessiyası Budvada baş tutacaq

ATƏT-in sessiyası Budvada baş tutacaq
  11 Avqust 2013    Oxunub:1640
ATƏT Parlament Assambleyasının payız sessiyası Monteneqronun Budva şəhərində keçiriləcək.
AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, sessiyada transmilli təhdidlərə və insan haqlarının pozulmasına qarşı mübarizədə ATƏT-in rolu əsas müzakirə məsələsi olacaq.

Üç gün davam edəcək sessiya çərçivəsində Aralıq dənizi Forumu, parlament konfransı və nümayəndə heyətləri rəhbərlərinin daimi komitəsinin toplantıları da keçiriləcək.

Sessiyada Azərbaycan parlament nümayəndə heyəti iştirak edəcəkdir.


Teqlər:





Xəbər lenti