Rəsul Quliyev Bakıya dönüş vaxtını açıqladı
“Azərbaycana yaxınlaşmaq, Bakıya getmək plananın olduğunu deyən Rəsul Quliyev qeyd edib ki, “Azərbaycana yaxınlaşmaq» deyəndə Rusiya, Gürcüstan, ya da Türkiyəyə səfərini nəzərdə tutur. “Bu planınızı nə vaxt icra edəcəksiniz” sualına cavab olaraq R.Quliyev bildirib ki, “Bu işləri mən 3 ay müddətində görməliyəm. Azərbaycana dönməyimi gərək seçki ərəfəsində – sentyabr, oktyabr aylarında həyata keçirəm”.
Bu arada Rəsul Quliyev seçki ərəfəsində Bakıya dönmək üçün şərtləri Ankara, Tbilisi və Moskva ilə müzakirə etdiyini bildirib:
“Bu danışıqlar 2013-cü ilin əvvəlindən gedir, yeni bir şey deyil. Mən bəzi şərtlərə əməl olunmasına çalışıram. Yəni, səfərim gizli olmamalıdır, məsələn, orada müsahibələr vermək, televiziyalarda çıxış etmək imkanım olmalıdır və s. Belə şeylərdən söhbət gedir”.
S. Həsənova
AzVision.az