Prezident orta məktəbə baş çəkib

Prezident orta məktəbə baş çəkib
  10 Avqust 2013    Oxunub:1383
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Yasamal rayonundakı 31 nömrəli orta ümumtəhsil məktəbində aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub.

Dövlət başçısına məlumat verilib ki, ötən əsrin əvvəllərində tikilən bu təhsil ocağı 1936-cı ildə oğlanlar üçün ixtisaslaşdırılmış məktəb kimi fəaliyyət göstərib.1941-1945-ci illərdə təxliyyə hospitalına çevrilən məktəb Böyük Vətən müharibəsi başa çatdıqdan sonra yenidən öz qapılarını şagirdlərin üzünə açıb.

Uzun illər ərzində əsaslı təmir olunmayan məktəbdə yaranan vəziyyət yenidənqurma işlərinin aparılmasını zərurətə çevirib. Azərbaycan Prezidentinin diqqəti sayəsində digər təhsil ocaqlarında olduğu kimi, bu məktəbdə də görülən yenidənqurma işləri artıq başa çatıb. Dördmərtəbəli, ümumi sahəsi 4000 kvadratmetr olan 650 şagird yerlik məktəbdə tədris üçün bütün zəruri baza yaradılıb.

Bildirilib ki, tədrisin bir növbədə aparılacağı məktəbdə bütün siniflər yüksək səviyyədə təmir olunub və onların hamısı tədris avadanlığı, o cümlədən əyani vəsaitlərlə təchiz edilib. Üç fənn labaratoriyasından başqa yaradılan iki informatika sinfində şagirdlərin informasiya texnologiyalarına yiyələnmələri üçün hər cür şərait yaradılıb.

AzVision.az




Teqlər:  





Xəbər lenti