ABŞ Rəsul Quliyevi ifşa etdi

ABŞ Rəsul Quliyevi ifşa etdi
  10 Avqust 2013    Oxunub:1374
Rəsul Quliyevin Rusiyanın ABŞ-dakı səfiri ilə görüşü və Putindən dəstək istəməsi barədə xəbərlərin Azadlıq radiosun vasitəsilə işıqlandırılması təsadüf sayıla bilməz.

Milli Şura üzvü, eks-spiker səfir Sergey Kislyakla görüşündə seçkilərdə Moskvanın ona siyasi dəstək verməsini xahiş edib və Rusiya hökuməti ilə əməkdaşlığa hazır olduğunu bəyan edib.

R.Quliyev Rusiya Federasiyası ilə ikitərəfli əməkdaşlığı möhkəmləndirəcəyini və Kremlin Azərbaycanda və Cənubi Qafqazdakı geopolitik proseslərdə iştirakını gücləndirəcəyini vəd edib.

Prezident seçiləcəyi təqdirdə R.Quliyev Dağlıq Qarabağ münaqişəsini Rusiyanın maraqları və tövsiyyələri əsasında həll edəcəyini bildirib.

Görüş zamanı R.Quliyev Rusiya XİN rəhbəri Sergey Lavrova müraciət göndərib. Müraciətində eks-spiker Lavrova yazıb ki, Rusiya hakimiyyəti və dövlət orqanları ilə əməkdaşlığa hazırdır. O, seçkilərdə Putinin siyasi dəstəyini xahiş edib: “1993-96-ci illlərdə mən parlament sədri ikən Rusiya rəhbərliyi ilə görüşmüşəm və Federasiya Şurasının deputatları qarşısında çıxış etmişəm. 2003-cü ildə Moskvada olarkən bir sıra yüksək rütbəli şəxslərlə görüşlər keçirmişəm. Mən bu məsələləri sizinlə görüş zamanı müzakirə etməyə şad olardım”.

Azadlıq radiosu Rusiyanın ABŞ-dakı səfiri ilə görüşün detallarını dəqiqləşdirə bilib. Radio R.Quliyevin rus XİN rəhbərinə müraciətinin surətini əldə edib. Yaxın günlərdə bu müraciətin yayımlanacağı bildirilib.

Xəbərin ABŞ-ın maliyyə vəsaitləri hesabına fəaliyyət göstərən mətbu orqan - Azadlıq radiosu tərəfindən işıqlandırılması ehtimal etməyə əsas verir ki, ABŞ xüsusi xidmət orqanları Rəsul Quliyevi ifşa etmək istəyib.


Teqlər:  





Xəbər lenti