Saç boyasından istifadə edərkən ehtiyatlı olun

Saç boyasından istifadə edərkən ehtiyatlı olun
  10 Avqust 2013    Oxunub:3026
Xanımlar xarici görkəmlərini dəyişərkən ən çox istifadə etdikləri vasitələrdən biri də saç boyalarıdır.

Bəziləri saçlarına xüsusi parlaqlıq vermək, bəziləri təbii rəngini itirmiş saçları dəyişmək, bəziləri isə sadəcə fərqli rəng üçün bu boyalardan istifadə edir.

Nuranə Salmanova deyir ayda bir dəfə kraskalardan istifadə edirəm: "Mən həmişə saç ustası ilə məsləhətləşirəm. Yəni salon şəraitində, ordan-burdan kraskalar almıram professional kraskalardan istifadə eliyirəm".

Sevda İbrahimova isə deyir ki, salon şəraitində istifadə olunan boyalardan heç birindən məndə problem olmayıb: "Yəni hər ay lazım olduğu vaxtlarda istifadə etmişəm və heç bir də problem olmayıb".

AzVision.az xəbər verir ki,saç boyaları ilə bağlı həkimlərin xüsusi xəbərdarlığı var.

Həkimlər bildirir ki, gözəl görünmək naminə istifadə olunan bu vasitələrin tərkibində amiak maddəsi olduğu üçün, mütamadi istifadə yol verilməzdir. Çünki bu vasitə xərçəng xəstəliyinə də səbəb ola bilər. Hamilə qadınların isə bu vasitələrdən istifadəsi isə ümumiyyətlə münasib deyil. Terapevt Şəmsiyyə Namazlının sözlərinə görə, bu kraskalar allergik reaksiyalara səbəb ola bilər: "Qaraciyərə toksiki təsir göstərir. İnsanın beyin damarını, beyin qan dövranına hətta görmə qabiliyyətinə. Saçın tökülməsinə, rənginin getdikcə parlaqlığının itməsinə səbəb olur və getdikcə saçın parlaqlığı itir".

Həkim-dermatoloq Maqsud Azadov isə xoşagəlməz vəziyyətlə üzləşməmək üçün xanımların saç boyası alarkən diqqətli olmalarını tövsiyyə edir: "Xanımlarımıza əsasən, xınadan istifadə olunmaq yəni bitki tərkibli, təbii tərkibli maddələrdən istifadə olunması daha məqsədəuyğundur. Çünki, bunların xına və bitki tərkibli boyalar tükün daxili səddinə daxil olmadan səthi səttində kumilyasiya olunaraq yığılaraq rəngi tənzimləyir".

Saç ustası Hüseyn deyir ki, marketlərdə satılan saç boyaları insanı aldada bilər, yəni tərkibi bilinmədiyi üçün pis təsir edə bilər. Mütəxəssislər tövsiyyə edir ki, sifarişçilər saç boyaları alan zaman malın sertifikatı və patenti haqqında mütləq bilgi almalıdır.

AzVision.az


Teqlər:  





Xəbər lenti