Tarixdə ilk dəfə: Pandalar səfir seçildi

Tarixdə ilk dəfə: Pandalar səfir seçildi
  20 Sentyabr 2016    Oxunub:3865
Dünyada ilk dəfə olaraq BMT-nin xoşməramlı səfiri seçilən əkiz pandalara Çiçi və Dyandyan adları verilib.
Bu barədə AzVision.az Çinin “Sinxua” agentliyinə istinadən xəbər verir.

Qeyd edək ki, 2015-ci ildə dünya liderləri Nyu-Yorkda 2030-cu ilə qədər davamlı inkişaf konsepsiyasını müzakirə edən zaman Çinin Şendu qoruğunda əkiz pandalar dünyaya gəlib. Burada bir simvolun olduğunu görən BMT-nin inkişaf proqramının rəsmiləri bu pandalar vasitəsilə konsepsiyaya diqqət çəkmək istəyiblər.

Əkiz pandalara adların seçilməsi ilə bağlı müsabiqə bu ilin yanvarın 17-dən başlayıb. Çində yerləşən BMT-nin İnkişaf proqramının nümayəndəliyinin rəsmisi Nils Knudsenin sözlərinə görə, istifadəçilər pandalar üçün 116 ölkədən 5 mindən çox ad göndəriblər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti