Bakı-Şamaxı yolunda qəza baş verdi

Bakı-Şamaxı yolunda qəza baş verdi
  09 Avqust 2013    Oxunub:1217
Xəsarət alan var.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Qobustan rayonu, Bakı-Şamaxı yolunda vətəndaşa məxsus "MERCEDES" markalı minik avtomobili ilə digər vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib.

Nəticədə "VAZ" markalı avtomobilin sürücüsü və avtomobildə olan bir nəfər sərnişin aldığı müxtəlif bədən xəsarətləri ilə yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alət və avadanlıqlardan istifadə edilməklə avtomobildən çıxarılaraq təcili yardım xidmətinə təhvil veriliblər.

"MERCEDES" markalı avtomobilin sürücüsü və avtomobildə olan iki nəfər aldığı müxtəlif bədən xəsarətlərli ilə vətəndaşlar tərəfindən çıxarılaraq xəstəxanaya aparılıblar.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Teqlər:





Xəbər lenti