Bakı-Gəncə-Naxçıvan uçuşu bərpa olundu

 Bakı-Gəncə-Naxçıvan uçuşu bərpa olundu
  09 Avqust 2013    Oxunub:8247
Bu gündən «Azərbaycan Hava Yolları» QSC (AZAL) Bakı-Gəncə-Naxçıvan marşrutu üzrə uçuşlara başlayıb.

AZAL-dan APA-ya verilən məlumata görə, Bakı-Gəncə-Naxçıvan və əks istiqamətə uçuşlar hər həftənin V günləri yerinə yetirilir. Bakıdan Gəncəyə bir istiqamətə aviabiletin qiyməti 30 manat, Gəncə-Naxçıvan istiqaməti üzrə isə 39 manat təşkil edir. Uçuşlar AZAL-ın yeni aldığı «Embraer» tipli təyyarələr ilə yerinə yetirilir.

Bakı-Gəncə aviareysi saat 09:55-də, Gəncə-Naxçıvan aviareysi 11:25-də, əks istiqamətə isə müvafiq olaraq 12:55-də və 14:25-də həyata keçiriləcək. Bakıdan Gəncəyə uçuş 50 dəqiqə, Gəncədən Naxçıvana isə 40 dəqiqə təşkil edir.

Qeyd edək ki, AZAL əvvəllər də Gəncə-Naxçıvan aviareysi üzrə uçuşları yerinə yetirsə də, sonradan aviareys ləğv olunub.

AzVision.az



Teqlər:  





Xəbər lenti