Kim Çen In ilk dəfə kömək istədi

Kim Çen In ilk dəfə kömək istədi
  15 Sentyabr 2016    Oxunub:14512
Şimali Koreya Xarici İşlər Nazirliyi ölkənin şimalında yerləşən Hamqen-Pukto vilayətində baş verən daşqınların aradan qaldırılması ilə bağlı Asya ölkələrinin diplomatik nümayəndəliklərinə müraciət edib.
Bu barədə AzVision.az xarici KİV-ə istinadən xəbər verir.

Məlumata əsasən XİN-də təşkil olunan brifinqdə Monqolustan, Vyetnam və Laos olmaqla doqquz ölkənin diplomatik nümayəndəlikləri iştirak edib. Şimali Koreya XİN-i zərərçəkmiş rayonlarla bağlı Pxenyanla daima dostluq əlaqələrinə malik Asiya ölkələrinin rəsmilərinə məlumat verərək onlardan təbii fəlakətin aradan qaldırılması üçün yardım istəyib.

Xatırladaq ki, qeyri-rəsmi statistikaya əsasən Şimali Koreyada baş verən daşqınlar zamanı yüzlərlə insan ölüb və ya itkin düşüb, təxminən 68 min insan evsiz qalıb, 29 min insanın evi isə dağıdılıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti