Yol polisindən sürücülərə bayram xəbərdarlığı

Yol polisindən sürücülərə bayram xəbərdarlığı
  07 Avqust 2013    Oxunub:851
Baş Dövlət Yol Polisi İdarəsi Ramazan bayramı günlərində sürücülərə və piyadalara xəbərdarlıq edib.
İdarənin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, Nazirlər Kabinetinin qərarı ilə Azərbaycanda Ramazan bayramı günləri ilə bağlı avqustun 8-i və 9-u qeyri-iş günləri olacaq:
`Bununla əlaqədar havaların isti keçməsini nəzərə alaraq yollarda sürücülərin tam diqqətli olmalarını və soyuducu sistemi olmayan avtomobillərdən günün isti vaxtlarında istifadə etməmələrini tövsiyə edirik. Bundan başqa, bəzi dağətəyi rayonlarda havaların yağışlı, leysan xarakterli olacağını nəzərə alaraq, sürücülər və avtomobil sahibləri nəqliyyat vasitələinin şüşəsilənlərini qaydaya salsınlar, o cümlədən yollarda sürət həddinə və ötmə qaydalarının düzgün həyata keçirmələrinə xüsusi diqqət yetirsinlər. Avtomobillərin hərəkət sıxlığını nəzərə alaraq piyadalara da yolu keçərkən maksimum dərəcədə diqqətli olmağı tövsiyə edirik."



Teqlər:  





Xəbər lenti