Saakaşvili Putinin yerişini yeriyə bilmədi

Saakaşvili Putinin yerişini yeriyə bilmədi
  25 Fevral 2013    Oxunub:1444
Saakaşvili: “Baş nazir olsaydım, Avropa İttifaqının qapıları Gürcüstanın üzünə bağlanardı”
“Mixeil Saakaşvili siyasətdən getmək niyyətində deyil”-deyə Gürcüstanın Democracy & Freedom Watch qəzeti yazır. Prezidentin sözlərinə görə, onun üçün siyasətdən getmək döyüş meydanından qorxaqlar kimi qaçmaq deməkdir. Bundan başqa Saakaşvili, qaçmaqla indiyədək qurub-yaratdıqlarının dağıdılmasına göz yummamağı düşünür.

Hakimiyyətdə qalmaq üçün prezidentə baş nazir olmaq lazım idi: oktyabrda prezident seçkilərindən sonra qüvvəyə minən konstitusion dəyişikliklərə görə baş nazirin səlahiyyətləri prezidentin səlahiyyətlərindən çox olur.

Lakin belə bir yolun məşhur yolçusu Vladimir Putinin “yolu” ilə getməyi Saakaşvili bacarmadı(artıq iki dəfə Rusiya prezidenti seçilən Vladimir Putin 3-cü dəfə hakimiyyəti D. Medvedyevə təhvil verdi və onun səlahiyyət müddəti bitənədək Rusiyanın baş naziri olaraq 4 il səbr etdi –red.)-deyə qəzet yazır.

Lakin Saakaşvili “putinsayağı planları”nın olmasını təkzib edir. Məqalə müəllifinin sözlərinə görə, Saakaşvili qalib gəlsəydi belə siyasətdən gedəcəkdi. Baş nazir olmağı isə o öz reputasiyasına sığışdırmayıb.

“Mən illərdir Gürcüstan haqqında müsbət rəy yaranması uğrunda əlimdən gələni etmişəm. İndi istəyirsiniz ki, Vilnüs sammitində çıxış edəndə deyim ki, salam, mən indi Gürcüstanın baş naziriyəm?” –deyə Democracy & Freedom Watch Saakaşviliyə istinadən bildirir- “Əgər elə olsaydı, kim bizi Avropa İttifaqına buraxardı? Heç kim bizi qınamazdı, ancaq Avropa İttifaqı və NATO-nun qapıları bizim üzümüzə bağlanardı”-sitatın sonu.


Teqlər:  





Xəbər lenti