Yeni ailə quran gəncin faciəvi ölümü - VİDEO

Yeni ailə quran gəncin faciəvi ölümü - VİDEO
  17 Avqust 2016    Oxunub:3119
Lerik rayonunda bədbəxt hadisə baş verib.
CTV (Region TV) xəbər verir ki, Lənkəranlı gənc Lerik ərazisində çayda çimərkən boğulub. Hadisə Lənkəran-Lerik yolunun 25-ci km-də Sivəkəran kəndində qeydə alınıb. Lənkəran sakini 18 yaşlı İsmayılov Mircavad Məhəmməd oğlu yolun kənarındakı dərəyə enib və aşağı hissədə çimmək istəyib. Bu zaman isə çayda batıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub və meyit təxminən bir saatdan sonra çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Qeyd edək ki, Mircavad İsmayılov yenicə ailə qurubmuş. Faktla bağlı araşdırma aparılır.



AzVision.az


Teqlər:  





Xəbər lenti