Salam Sarvan YAP-a üzv olmaq istəyir

Salam Sarvan YAP-a üzv olmaq istəyir
  12 Avqust 2016    Oxunub:2826
İki gün əvvəl 50 illik yubileyini qeyd edən yeni dövr Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan Salam Sarvan hakim Yeni Azərbaycan Partiyasına üzv olmaqla bağlı qərar qəbul edib.

AzVision.az-ın məlumatına görə, sosial şəbəkədə siyasətə qoşulmaq istədiyini yazan şair YAP-ın daxili siyasətini alternativsiz hesab etdiyini deyib:

“Nəhayət, siyasətə qoşulmaq istəyirəm. Son vaxtlar bu barədə xeyli düşündüm, təhlillər apardım, həmin partiyanın sıralarına qoşulmaq qərarına gəldim. Tam ciddiyəm. Yaxın günlərdə ərizəylə müraciət edəcəyəm. Qəbul eləsələr, şad olaram. Qəbul etməsələr belə, kənardan həmin partiyanın təəssübkeşi kimi qalacağam. Necə deyərlər, tövbə heç vaxt gec deyil”.

AzVision.az


Teqlər:





Xəbər lenti