Erməni qadın və 3 uşağı qətlə yetirildi - Dəhşətli cinayət

Erməni qadın və 3 uşağı qətlə yetirildi - Dəhşətli cinayət
  11 İyul 2016    Oxunub:2411
İyulun 10-da Gürcüstanın Axalkalki rayonunda erməni ailəsi qətlə yetirilib.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, hadisə Vaçə kəndində baş verib. Məlumata əsasən ailəyə məxsus evdə 37 yaşlı qadın və 7, 16, 18 yaşlı 3 uşağının meyiti tapılıb.

Onların meyitlərini hadisədən bir neçə gün sonra qonşuları aşkar edib. Məlum olub ki, ana və qızı baş nahiyyəsindən küt alətlə vurularaq öldürülüb. Oğlanlardan biri isə boğulub.

Hadisənin kim tərəfindən törədildiyi məlum deyil. Hadisə zamanı ev alt-üst edilib.

Ailə başçının Rusiyada olduğu bildirilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti