Gürcüstandan Azərbaycana gətirilən tonlarla meyvə geri qaytarıldı

Gürcüstandan Azərbaycana gətirilən tonlarla meyvə geri qaytarıldı
  05 İyul 2016    Oxunub:3055
Gürcüstandan Azərbaycana idxal olunan 9,2 ton nektarin və şaftalı geri qaytarılıb.
Kənd Təsərrüfatı Nazirliyindən AzVision.az-a verilən məlumata görə, bu gün Gürcüstandan Azərbaycana daxil olan 9,2 ton nektarin və şaftalı məhsulundan götürülən nümunələr Respublika Karantin-Ekspertiza Mərkəzinin laboratoriyalarında yoxlanılıb. Ekspertiza nəticəsində məhsulda karantin tətbiq edilən zərərli orqanizmlərdən "Kaliforniya qalxanlı yastıcası" (Quadraspidiotus perniciosus Comstock) aşkar edilib.

"Kaliforniya qalxanlı yastıcası" polifaq karantin obyekti olub, armud, ərik, şaftalı, gilas, albalı, gavalı, badam, heyva, zoğal, naringi və s. kimi ümumilikdə 270-ə yaxın bitki növü ilə qidalanır. Zərərvericinin respublikanın bitki örtüyü üçün təhlükəliliyini nəzərə alaraq yük ixracatçı ölkəyə geri qaytarılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti