AzVision.az xəbər verir ki, hazırda pilotlar Bakı trekini sınaqdan keçirirlər.
Qeyd edək ki, GP2 mərhələlərindən biri Bakıda keçirələcək Avropa Qran Prisinin dəstək yarışı qismində baş tutur. İlk baxışdan maşının görünüşü “Formula -1” bolidini xatırladır, ancaq detallı baxış keçirdikdən sonra böyük fərqin olduğu ortaya çıxır: GP2 bolidləri kiçikdirlər, antiqanadlar və ümumi aerodinamik elementlər daha sadə görünürlər və s.
2016-cı ilin təqvimi 11 yarışdan ibarətdir və hamısı “Formula -1” həftəsonu çərçivəsində keçirilir.
Mövsüm İspaniyanın Barselona trekində start alır və Əbu Dabidə yekunlaşır. GP2 seriyasının üçüncü mərhələsi “Formula -1” Avropa Qran Prisinin dəstək yarışı kimi Bakı Şəhər Halqasında baş tutacaq. Ümumən çempionatda hər birində 2 sürücü olmaqla 12 kollektiv təmsil olunur. Ancaq mövsümün Barselonada ilk yarışına 21 sürücü bəyan olunub – bu Status Grand Prix komandasının hələ də tərkibini müəyyən edə bilməməsi ilə bağlıdır.
.jpg)
.jpg)
***
GP2 seriyası üzrə birinci test yarışı artıq başa çatıb. Saat 13:00-da Formula-1 üzrə birinci test yürüşü keçiriləcək. Saat 15:00-da isə GP2 seriyası üzrə təsnifat yürüşünə start veriləcək.

.jpg)
.jpg)
.jpg)
.jpg)
Eldar Tanrıverdiyev
Foto: Elvin Abdulla
AzVision.az