“Android”in yenilikləri

“Android”in yenilikləri
  27 İyul 2013    Oxunub:832
San-Fransiskoda “Google” şirkəti “Android Jelly Bean”in mobil platformasının yeni 4.3 versiyasını təqdim edib.
AzVision.az 3dnews-a istinadən məlumat verir ki, “Android 4.3”lə bazara çıxarılan ilk qurğu yeni “Nexus 7” planşetidir. Həmçinin yaxın günlərdə “Nexus 4”, köhnə “Nexus 7”, “Nexus 10” və “Galaxy Nexus HSPA+” qurğularında yenilənmə baş verəcək.

“Google” şirkəti bildirib ki, “Android 4.3” proqramların məhsuldarlığını yaxşılaşdırır - onları daha sürətli və effektiv edir. Mobil oyunlar isə yeni standart sayəsində qrafik cəhətdən daha cəlbedicidir. Platformalar həmçinin “Bluetooth Smart”ı dəstəkləyir. Proqram “Bluetooth Smart” standartından istifadə edən bir sıra qurğulara bağlana biləcək.



“Android” planşetləri ilə bir sıra funksiyalar təkmilləşdirilib. Belə ki, həmin funksiyanın köməyi ilə indi uşaqlar, ailə üzvləri və dostlar üçün məhdudlaşdırılmış girişə malik profillər yaratmaq olacaq. “Google” həmçinin yeni multimedia imkanlarını dəstəkləyir. “Android 4.3”də məkanı müəyyən edən xidmət optimallaşdırılıb. “Wi-Fi” rejimi ilə qurğu məkanı dəqiq təyin etmək üçün şəbəkələrə qoşulmadan onları axtarış edir. Əməliyyat sisteminə təhlükəsizlik və müdafiə vasitələri kimi bir çox yeniliklər daxildir. Sistem eyni zamanda müxtəlif dilləri dəstəkləyir.



AzVision.az


Teqlər:  





Xəbər lenti