İlham Əliyev Xaçmaza 2 milyon manat ayırdı

İlham Əliyev Xaçmaza 2 milyon manat ayırdı
  24 İyul 2013    Oxunub:899
Prezidentinin ehtiyat fondundan Xaşmaz rayonuna 2,0 (iki) milyon manat ayrıldı.
İlham Əliyev Xaçmaz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam verib.

Sərəncamda bildirilib ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının yerinə yetirilməsi sahəsində Xaçmaz rayonunda bir sıra infrastruktur layihələri həyata keçirilmiş, o cümlədən Modul Tipli Elektrik Stansiyası və Olimpiya İdman Kompleksi tikilmiş, Mərkəzi Rayon Xəstəxanası yenidən qurulmuş, Regional İnkişaf Mərkəzi yaradılmış, Tarix-diyarşünaslıq və “Xalça” muzeyləri, təhsil, mədəniyyət, turizm və digər sosial yönümlü obyektlər istifadəyə verilmiş, yeni istehsal və emal müəssisələri açılmış, yollar çəkilmiş, parklar salınmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.

Xaçmaz şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Xaçmaz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Xaçmaz Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.



Teqlər:





Xəbər lenti