Prezident mükafata layiq görüldü

Prezident mükafata layiq görüldü
  23 Fevral 2013    Oxunub:2316
Fransa Prezidenti Fransua Olland Feliks Ufue-Buani adına beynəlxalq sülh mükafatına layiq görülüb.
Mükafat Fransa prezidentinə Afrika qitəsində stabilliyin və sülhün qorunub saxlanılmasına verdiyi əməli töhfələrinə görə verilib. Mükafatlandırma Mozambikin keçmiş prezidenti Joakimin Çessanonun sədrliyi altında keçirilib.
Xatırladaq ki, Feliks Ufue-Buani adına beynəlxalq sülh mükafatı 1989-cu ildə təsis edilib. BMT və UNESCO kimi nüfuzlu təşkilatların Nizamnaməsinə əsasən dünyada sülh işinə töhfə verən ayrı-ayrı şəxslər, müəssisə və təşkilatlar bu mükafata layiq görülürlər. Nelson Mandela, İsax Rabin, Şimon Peres, Yasir Ərəfat, İspaniya kralı və digər tanınmış siyasi xadimlər, dövlət başçıları bu mükafatın laureatları olublar.
Laureat adına layiq görülənlərə 150 min dollar, diplom və qızıl medal təqdim olunur.
Mükafat Fransa Prezidentinə yaxın vaxtlarda, UNESCO-nun iqamətgahında təntənəli şəkildə təqdim olunacaq.


Teqlər:





Xəbər lenti