Eks nazirin evində müəmmalı ölüm

Eks nazirin evində müəmmalı ölüm
  23 Fevral 2013    Oxunub:2085
Gürcüstanın sabiq idman və gənclər nazirinin evində təşkil olunmuş kef məclisində faciə baş verib.
Gürcüstanın eks idman və gənclər naziri Vladimir Vardzelaşvilinin evində təşkil olunmuş kef məclisində nazirliyin əməkdaşı, 45 yaşlı Devi Siradze tapançadan açılan atəş nəticəsində aldığı yaradan vəfat edib.
İlkin istintaq məlumatına görə, kef məclisi D.Siradzenin Yunanıstan səfərindən qayıtmasına həsr olunub. Tapança iştirakçılardan birinin əlindən düşüb və nəticədə Siradze təsadüfi güllənin qurbanı olub.
Hadisə ilə əlaqədar sabiq nazir və məclis iştirakçıları ifadə veriblər.
İstintaqın davam etdirildiyi bildirilib.



Teqlər:  





Xəbər lenti