Gəncə böyük mərasimə hazırlaşır - FOTOLAR

Gəncə böyük mərasimə hazırlaşır - FOTOLAR
  21 Aprel 2016    Oxunub:2264
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev “Gəncə -2016 Avropa Gənclər Paytaxtı” layihəsinin açılış mərasimi ilə bağlı hazırlıq prosesini izləyib.

Şəhər rəhbəri işçi qrupuna öz tapşırıq və tövsiyyələrini verib. Elmar Vəliyev mətbuata açıqlamasında bildirib ki, tədbirlər silsilə xarakterli olacaq. Açılışda bir sıra yerli qonaqlar, o cümlədən Avropalı gənclər iştirak edəcəklər.

“Gəncə Avropa Gənclər Paytaxtı 2016” layihəsinin rəsmi açılış mərasimində Gəncənin Cavad Xan küçəsində və Gəncənin Bulvar Kompleksində iştirakçılar xalqımızın əsrlər boyu qoruyub-saxladığı "Qədim Gəncə" sərgisinə (mənəvi dəyərləri ifadə edən səhnələrə, milli mətbəximizin və geyimlərimizin, xalq yaradıcılığının, el sənətkarlığının ən gözəl nümunələrinə) tamaşa edəcəklər. Şəhərin rəqs kollektivlərinin rəngarəng rəqsləri, peşəkar musiqiçilərin Azərbaycan xalqının ən qədim musiqi alətlərində ifası şənlik iştirakçılarında xoş ovqat yaradacaq. Xalq tətbiqi sənət nümunələri, əl işləri sərgilənəcək. O cümlədən Azərbaycan mətbəxinin dadlı təamları iştirakçılara təqdim olunacaq.

“Gəncə-2016 Avropa Gənclər Paytaxtı” layihəsinin açılışına həsr edilən tədbirlər çərçivəsində qonaqlar “Gəncə Avropa Gənclər Paytaxtı 2016” parkında rəqqaslar, musiqiçilər və gənclərin iştirakı ilə əyləncəli çıxış, Heydər Əliyev Mərkəzi, Məhsəti Gəncəvi Mərkəzi, Nizami Məqbərəsi və Nizami Muzeyi, Qala Qapıları Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksi və Göy-Göl Milli Parkı ilə yaxından tanış olacaqlar.

Həmçinin tədbirlər müddətində "Gəncə Avropa Gənclər Paytaxtı 2016" İctimai Birliyinin ofisinin və “Gənclər Evi”nin açılışı da nəzərdə tutulub.

Qeyd edək ki, tədbirlər müddətində bır sıra surprizlərin olması planlaşdırılır.

Qalereya




Teqlər:  





Xəbər lenti