“At ətini kasıblara yedirdək”

“At ətini kasıblara yedirdək”
  22 Fevral 2013    Oxunub:1657
Avropadakı at əti qalmaqalı İngiltərə, Almaniya və Fransadan sonra Çexiyaya da gəlib çıxıb. Almaniyada isə hakim partiyadan olan millət vəkili Hartviq Fişer at əti olan qidaları mağazalardan yığışdırıb yox etmək əvəzinə kasıblara paylamağı təklif edib.
Almaniyanın “Bild” qəzetinə açıqlama verən Xristian Demokrat Partiyasından olan millət vəkili Fişer ölkəsində at əti olan qidaları yox etmək əvəzinə kasıblara paylamağı məsləhət görüb : “Qiyməti bu qədər yüksək olan ərzaqların məhv edilməsiylə razı deyiləm. İstifadə müddəti bitməmiş bu qidalar ehtiyacı olan vətəndaşlara paylanmalıdır”.
Fişerin fikrincə, tərkibində at əti olan qida məhsulları üzərində “xəbərdarlıq qeydi” yazılmalı, müştəri özü qərar verməlidir.
Almaniyadakı istehlakçı birlikləri millət vəkilinin təklifinə qarşı çıxıb. Birlik nümayəndələri mağazalardan yığışdırılan qidaların ehtiyacı olan insanlara verilməsini onlar üçün təhqir hesab edib.



Teqlər:  





Xəbər lenti