Xarici vətəndaş su qabında spirt gətirdi

Xarici vətəndaş su qabında spirt gətirdi
  15 İyul 2013    Oxunub:1075
Bakıda cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, iyulun 13-də Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Viləşov Rüfət İbadullah oğlunun yanına uzunmüddətli görüşə gəlmiş həyat yoldaşı - Qazaxıstan vətəndaşı Voloşina Svetlana Vyaçeslavovnanın üzərinə, şəxsi əşyalarına və gətirdiyi sovqata baxış keçirilib.

Baxış zamanı ağızlıqları zavod üsulu ilə bağlanmış 3 ədəd 0,5 litrlik "Bonakva" su qabının içərisinə spirt iyli mayenin doldurulması aşkar olunub və götürülüb.

Qeyd edək ki, 1962-ci il təvəllüdlü məhkum Rüfət Viləşov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə maddələri ilə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilib.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti