Turqut Özalın ölümü ilə bağlı yeni müəmmalar
Hesabata görə: Özalın ölümünə dair xəstəxana qeydiyyatının aqibəti bəlli deyil. Eləcə də Özala ilk tibbi müdaxilə tibb universitetinin 5 və 6-cı kurs tələbələri tərəfindən edilib.
- Özalın vəfat etdiyi saat 14:30 açıqlansa da, saat 11.15-11.30 arasında radiolarda ölüm xəbəri yayılmışdı.
- Özalın Hacəttəyə Xəstəxanasında təcili yardım servisinə gətirildiyi anda Prezident olmağı bir yana qalsın, kim olursa olsun, təcili yardımda bir saata yaxın gözlədilib.
- T.Özala aid qan analizinin götürülməsi, götürülən qanın hansı məqsədlə analiz edildiyi və hansı nəticələrin əldə olunduğu hazırki sənədlər arasında yoxdur.
“Turqut Özalın hansı təcili yardım xidmətinə və saat neçədə getməsi də məlum deyil”
Hesabatda bildirilir ki, “Özalın Hacəttəpə Xəstəxanasına girişi saatı 11:15-dir. Xəstənin qeydiyyat kağızında isə 17.04.1993-cü il tarixli əl yazısı ilə “Turqut Özal” yazılan qan analizində isə 10:50 yazılıb. Bu barədə məlumatlı olan şəxslər isə Prezident köşkdən xəstəxayana hərəkət saatını 10:00 ilə 11:00, xəstəxanaya çatmaq vaxtını 10:17 ilə 11:15 arasında fərqli olaraq ifadə edilib. Və Özala təcili yardım maşınında kimlərin müdaxilə etdiyi tapmacadır. Heç bir yerdə səhiyyə işçilərinin adı yoxdur”.
Sevinc İltifatqızı