Qızmar günəş altında
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-28 dərəcə isti olacaq.
İyulun 18-i axşamadək Abşeron yarımadasında durğun və isti hava şəraiti meteohəssas insanlar üçün əlverişsizdir.
Rayonlarda da hava şəraiti əsasən yağmursuz olacaq. Lakin axşam və gecə bəzi qərb rayonlarında şimşək çaxacağı və qısamüddətli yağış yağma ehtimalı var. Qərb küləyi əsəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 19-24, gündüz 33-38, bəzi yerlərdə 40 dərəcə, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.
AzVision.az