İmtahan nəticələri açıqlandı

İmtahan nəticələri açıqlandı
  15 İyul 2013    Oxunub:1236
III qrupun imtahan cavabları açıqlandı.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) III qrup üzrə qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının bölmələr və variantlar üzrə düzgün cavablarını açıqlayıb. AzVision.az-a bu barədə TQDK-nın mətbuat xidmətindən məlumat verilib.

Cavablarla Buradanburadan tanış ola bilərsiniz.

Qeyd edək ki, TQDK dünən 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanı keçirib.
İmtahanlar respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Quba şəhərlərində ümumilikdə 57 binada keçirilib. İmtahanda iştirak etmək üçün III qrup üzrə 28939 abituriyent ərizə təqdim edib.
Onlardan 26776 nəfəri Azərbaycan bölməsinin, 2163 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 7633 nəfərini oğlanlar, 21306 nəfərini isə qızlar təşkil edir.
AzVision.az


Teqlər:  





Xəbər lenti