Gəncə prezident seçkilərinə hazırlaşır

Gəncə prezident seçkilərinə hazırlaşır
  14 İyul 2013    Oxunub:1182
Respublika Daxili İşlər Nazirliyi Mərkəzi Seçki Komissiyası ilə birgə şəhər baş polis idarəsində zona müşavirəsi keçirib
Qarşıdan gələn prezident seçkilərinə hazırlıqla əlaqədar Respublika Daxili İşlər Nazirliyi Mərkəzi Seçki Komissiyası ilə birlikdə Gəncə şəhər baş polis idarəsində zona müşavirəsi keçirib.

Gəncə Şəhər İcra Hakimiyətindən AzVision.az-a verilən məlumata görə, respublikanın Qərb bölgəsini əhatə edən dairə seçki komissiyaları sədrlərinin, eləcə də polis əməkdaşlarının iştirakı ilə keçirilən müşavirədə çıxış edən Daxili İşlər Nazirliyinin profilaktika üzrə idarənin rəisi, polis polkovniki Əziz Baqışev və Mərkəzi Seçki Komissiyasının üzvü Qabil Orucov çıxış edərək qarşıdan gələn prezident seçkilərinə hazırlıqla bağlı müvafiq qanunvericilik aktlarına əməl olunmasından, istər seçkiqabağı, istər seçki zamanı və istərsə də seçkidən sonrakı dövrdə ictimai asayişin qorunması üçün qarşıda duran vəzifələrdən danışmış, ölkə başçısının imzaladığı “Milli fəaliyyət proqramı”nın icrası istiqamətində görülmüş və görülməsi vacib olan məsələlərlə bağlı maarifləndirici izahat işləri aparıblar.

Tədbirdə iştirakçıların suallarına da cavab verilib.


Teqlər:





Xəbər lenti