Fransadan damazlıq cins heyvanlar gətirilir
İlkin olaraq gətirilmiş 160 baş damazlıq heyvanların 100 başı Biləsuvar rayonunda yerləşən heyvandarlıq kompleksinə, 60 başı isə Bərdə rayonunda yerləşən dövlətin güzəştli kreditləri hesabına yaradılmış heyvandarlıq kompleksinə verilib.
Qeyd edək ki, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu indiyədək 15 müasir heyvandarlıq kompleksinin yaradılmasına 57,2 milyon manat məbləğində güzəştli kredit verib.
Artıq 9 heyvandarlıq kompleksi fəaliyyət göstərir. Müasir heyvandarlıq komplekslərinin yaradılması və cins damazlıq heyvanlarla təminatına dövlət dəstəyi tədbirləri gələcəkdə də davam etdiriləcək.