XİN rəhbərləri: `Səylərə sadiq qalacağıq`
AzVision.az xəbər verir ki, görüş zamanı nazirlər münaqişə tərəfləri arasında gərginliyin azaldılması üzrə səylərə sadiq qaldıqlarını bildirərək, cari ildə yüksək səviyyədə görüş üçün şəraitin yaradılmasından söhbət açıblar.
Həmçinin, yaxın aylarda keçirilməsi nəzərdə tutulan danışıqların planını müzakirə ediblər.
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Vyanada səfərdədir.