Gənclər “facebook”dan necə istifadə etməli?

Gənclər “facebook”dan necə istifadə etməli?
  13 İyul 2013    Oxunub:1140
"Gənclərin Yeni Media Forumu” keçiriləcək.
Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Könüllülər İctimai Birliyinin və İRƏLİ İB-in təşkilatı dəstəyi ilə “Gənclərin Dostluq Şəbəkəsi” İB tərəfindən iyulun 23-də "Gənclərin Yeni Media Forumu” keçiriləcək.

AzVision.az xəbər verir ki, 100 nəfər aktiv gənci bir araya gətirəcək forumda yeni media, sosial şəbəkələr, bloqlar, şəbəkələşmə, liderlik keyfiyyətləri, informasiya texnologiyalarından düzgün istifadə kimi praktiki təlimlər forumun əsas predmeti olacaq.

Forumun keçirilməsində əsas məqsəd fəaliyyət göstərdiyi sahələrdə aktiv olan gəncləri bir araya yığaraq onların bilik və bacarıqlarını daha da artırmaq, onların internet jurnalistikaya olan marağını yüksəltmək, gənclərin yeni media vasitələrindən effektiv istifadə etməsi üçün mütəxəssislərin təcrübələrini onlara ötürmək, onlar arasında aktiv şəbəkə yaratmaq və mövcud əlaqələri daha da genişləndirməkdən ibarətdir.




Teqlər:  





Xəbər lenti