Elmar Məmmədyarov: `Status-kvo qəbuledilməzdir`
AzVison.az xəbər verir ki, bu barədə trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev deyib.
Abdullayevin sözlərinə görə, hər iki görüşdə Dağlıq Qarabağ probleminin həlli məsələləri müzakirə edilib. Görüşdə Azərbaycan tərəfi bir daha bəyan edib ki, münaqişənin həllində irəliləyişə nail olmaq üçün ilk növbədə Ermənistan Silahlı Qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməlidir:
"Görüşdə həmçinin qeyd olunub ki, münaqişənin həll olunmamış qalması regionda sülhün bərqərar olmasına təhdiddir. Ona görə də, beynəlxalq ictimaiyyət münaqişənin həlli üçün Ermənistana təzyiqlərini artırmalıdır".