Gəncəlilər problemlərindən danışdı

Gəncəlilər problemlərindən danışdı
  13 İyul 2013    Oxunub:1152
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov Gəncədə vətəndaşları qəbul edib.
Xidmətin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov iyulun 13-də Xidmətin Gəncə şəhər Kəpəz rayon şöbəsinin inzibati binasında qərb regionu üzrə vətəndaşların qəbulunu keçirib.

Qəbulda Ağstafa, Samux, Göygöl, Qazax, Tovuz, Şəmkir, Goranboy, Daşkəsən, Gədəbəy rayonları və Gəncədən olan 35-dək sakin iştirak edib.

Vətəndaşların müraciətləri daha çox onların hərbi xidmətə çağırılan övladlarının yaşadıqları əraziyə yaxın olan hərbi hissələrdə xidmət keçmələri, qərb regionu üzrə Xidmətin müvafiq şöbə və bölmələrində işə qəbulu, Qarabağ müharibəsi veteranı adının verilməsi məsələlərinə dair olub.

Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb.

Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib.

Eyni zamanda, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti üzrə baxılmasından ötrü müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

AzVision.az


Teqlər:





Xəbər lenti