Almeyda "Beşiktaş"dan gedir

Almeyda "Beşiktaş"dan gedir
  13 İyul 2013    Oxunub:1491
Türkiyənin "Beşiktaş" klubundan ayrılmaq istədiyini açıqlayan Hüqo Almeydanın təzminat qiyməti bəlli olub.
Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, "qara qartal" portuqaliyalı futbolçudan 2 milyon avro təzminat tələb edir.

Belə ki, rəhbərlik 29 yaşlı futbolçuya "2 milyon avro gətir, get" - deyə son sözünü bildirib. Əsasən İspaniya klubları ilə danışıqlar aparan H.Almeyda bu məbləği ödəməyəcəyi təqdirdə yeni mövsümdə də "Beşiktaş"ın şərəfini qoruyacaq.

Qeyd edək ki, 2011-ci ildən "Beşiktaş"da çıxış edən Almeyda bu komandanın heyətində 57 oyun keçirib və 24 qol vurub.


Teqlər:  





Xəbər lenti