Vasif Talıbov yeni binanın açılışında

Vasif Talıbov yeni binanın açılışında
  13 İyul 2013    Oxunub:2465
Şərur Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışı olub
İyulun 12-də − ümummilli liderimizin Azərbaycanda ali hakimiyyətə gəlməsinin 44-cü ildönümü ərəfəsində Şərur Rayon İcra Hakimiyyətinin yeni inzibati binası istifadəyə verilib. Açılış mərasiminə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ümummilli liderimiz Heydər Əliyevin binanın qarşısındakı abidəsinin önünə gül dəstəsi qoymuş, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad edib. Sonra Ali Məclisin Sədri binanın açılışını bildirən lenti kəsib.Məlumat verilib ki, zirzəmi ilə birlikdə 5 mərtəbədən ibarət olan binada 130 yerlik iclas zalı, 38 iş otağı, 7 yardımçı və 2 ehtiyat otağı vardır. Burada əməkdaşlar üçün nümunəvi iş şəraiti yaradılmışdır. İş otaqları müasir tələblər səviyyəsində qurulmuş, lazımi texniki şərait yaradılmış, kompyuterlər qoyulmuşdur. Birinci mərtəbədə yerləşən iclas zalında rayon əhəmiyyətli tədbirlərin keçirilməsi üçün hər cür şərait vardır. Binanın ikinci mərtəbəsində yerləşən “Elektron hökumət” otağı İcra Hakimiyyəti tərəfindən bu sahədə həyata keçirilən tədbirlərin stimullaşdırılmasına, vətəndaşların müraciətlərinə vaxtlı-vaxtında baxılmasına imkan verəcək.


Teqlər:  





Xəbər lenti