Avropa oyunlarının rəsmi səhifəsi oldu

Avropa oyunlarının rəsmi səhifəsi oldu
  13 İyul 2013    Oxunub:932
"Bakı Avropa Oyunları 2015" təşkilat komitəsi www.baku2015.com rəsmi internet səhifəsini təqdim edir və İlk Avropa Oyunlarının başlanmasına qalan "700 gün"-ə start verir.
Bu gün "Bakı Avropa Oyunları 2015" Təşkilat Komitəsi bu tədbirin rəsmi xəbərlər mənbəyi olacaq www.baku2015.com internet səhifəsini açıb.
Bu gün təqdim edilən internet səhifəsi 12 iyul 2015-ci il tarixində Bakı Avropa Oyunlarının ilk gününə qalan "700 gün" hesabına start verildiyi olduqca xüsusi tarixə həsr olunur.

Açıldığı tarixdən etibarən, rəsmi internet səhifəsi dünyanın bütün yerlərində olan insanlara ilk Avropa Oyunlarının məramı, keçirildiyi yeri və miqyası, idman növləri və yerləri haqqında məlumat almaq, Azərbaycan Respublikasının coğrafiyası, tarixi, iqtisadiyyatı, idmanı, mədəniyyəti və bir çox digər mühüm sahələri ilə tanış olmaq və Bakı şəhərinin tarixi, sosial həyatı, nəqliyyatı və internet səhifəsinə daxil olanların marağın səbəb olacaq digər mühüm təfərrüatları öyrənmək imkanını yaradacaq.

İnternet səhifəsi Bakı Avropa Oyunlarına 2015 aid hazırlıq işlərinin gedişi ilə əlaqədar dövri olaraq yeniləşəcək və Oyunlara müsafir, könüllü, idman azarkeşi və media nümayəndələri kimi qatılan insanlar üçün interaktiv bölmələri təqdim edəcək.

İlk Avropa Oyunların tarixində bu iki mühüm hadisəni qeyd etmək üçün bu gün saat 22:00-dən saat 00.00-a qədər vətəndaşlar və Bakı şəhərinə səfər edən qonaqlar tanınmış Alov Qüllələrin divarlarında və Bakının mərkəzində qurulmuş çöl TV ekranlarında "700 gün" hesabını gözəl rəqəmsal panoramada seyr etmək imkanını qazanacaqlar.




Teqlər:





Xəbər lenti