Ziya Məmmədov şikayətləri dinlədi
Qəbulda Qazaxla yanaşı Gədəbəy, Daşkəsən, Şəmkir, Tovuz və Ağstafa rayonundan olan vətəndaşlar iştirak edib.
Vətəndaşların qəbulu zamanı daha çox kənd yollarının yenidən qurulması, magistral yolların çəkilişi zamanı kənd yollarının yararsız hala düşməsi, eləcə də bəzi ucqar kəndləri rayon mərkəzilə birləşdirən ucan körpülərin yenidən salınması və işə qəbulla bağlı müraciət edilib.
Vətəndaşların qaldırdığı bəzi məsələlər elə yerindəcə həllini tapıb.
Kənd yollarının abadlaşdırılması məsələsinə münasibət bildirən nazir bu istiqamətdə işlərin bundan sonra daha sürətlə aparılacağını bildirib. Digər məsələlərin həlli üçün aidiyyatı qurumların rəhbərlərinə tapşırıqlar verilib.(apa)
Teqlər: