Avtoxuliqan tələbə həbs olundu
Ssürücünün özünəməxsus hərəkətlərinə bu gün səhər saatlarında son qoyulub.
Saxlanılan İdrisov avtomobillə birlikdə Gəncə şəhər DYP şöbəsinə aparılıb.
Ona məhkəmənin qərarı ilə 15 sutka həbs cəzası verilib.
Araşdırmalar zamanı məlum olub ki, Azərbaycan Texnologiya Universtetinin 3-cü kurs tələbəsi olan Elvin İdrisovun sükan arxasında əyləşmək hüququ yoxdur.
Gəncə şəhər Dövlət Yol Polisi Şöbəsindən bildirilib ki, son günlər avtomobilə əlavə avadanlıq quraşdıran sürücülərə qarşı da barışmaz mübarizə aparılır. Keçirilən reydlər nəticəsində səsgücləndirici siqnallardan yararlanan sürücülərin çoxluğu diqqət çəkib.