“Özəl kanallar da "Azərspace-1" ilə yayımlana bilər”

“Özəl kanallar da "Azərspace-1" ilə yayımlana bilər”
  12 İyul 2013    Oxunub:1412
“Əgər özəl telekanallar da müraciət edərsə, "Azərspace-1" ilə yayımlana bilər”.

AzVision.az-a açıqlamasında bu sözləri rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Verdizadə deyib. Onun sözlərinə görə, iyulun 1-dən ancaq dövlət kanalları "Azərspace-1" ilə yayımlanmağa başlayıb.

E.Verdizadə Rabitə və İnformasiya Texnologiyaları Universiteti üçün harada torpaq sahəsini ayrılacağı məsələsindən də danışıb. Onun sözlərinə görə, hazırda bu istiqamətdə işlər gedir: “Bu məsələ ilə bağlı danışıqlar gedir. Yaxın vaxtlarda universitetin harada yerləşəcəyi ilə bağlı məlumat ictimaiyyətə veriləcək”-deyə, nazir müavini əlavə edib.

Sevinc İltifatqızı



Teqlər:  





Xəbər lenti