Bir neçə rayonda qazın verilməsi dayandırılacaq

Bir neçə rayonda qazın verilməsi dayandırılacaq
  12 İyul 2013    Oxunub:1332
AzVision.az xəbər veriri ki, bu gün 09:00-dan 18:00-dək “Ağsu” Qazpaylayıcı Stansiyasından qidalanan “Kürdəmir” ölçü qovşağında, saat 09:00-dan “Cəfərabad” Avtomatik Qazpaylayıcı Stansiyasından Şəki rayonuna gedən qaz kəmərində, saat 10:00-dan 18:00-dək “Xırdalan” Qazpaylayıcı Stansiyasında “8*-Xırdalan ölçü qovşağından qidalanan 273 mm-lik “Xırdalan-Mexkalon” orta təzyiqli qaz kəmərində, həmçinin “Ağköynək”, “Əskipara-1”, “Əskipara-2” Avtomatik Qazpaylayıcı Stansiyasında, “Qazax” Qazpaylayıcı Stansiyasında, “Xanlıqlar” Qaztənzimləyici Məntəqəsində, saat 10:00-dan 16:00-dək “Türkan-1” Qazpaylayıcı Stansiyasından qidalanan Türkan qəsəbəsinə gedən qaz kəmərində, saat 10:00-dan 17:00-dək “Sumqayıt” Qazpaylayıcı Stansiyasından qidalana “Şəhər qazı-1” orta təzyiqli qaz kəmərində, saat 10:00-dan 19:00-dək “Ramanı” Qazpaylayıcı Stansiyasından qidalanan “Ramanı” ölçü qovşağında, saat 11:00-dan 19:00-dək isə “Maştağa” Qazpaylayıcı Stansiyasından qidalanan “Maştağa-Nardaran” orta təzyiqli qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Kürdəmir, Qazax, rayonlarının, Sumqayıt şəhərinin, Sabunçu rayonunun Maştağa, Nardaran, Ramanı qəsəbələrinin bir hissəsinə, Şəki rayonuna, Abşeron rayonunun Mexkalon adlanan yaşayış massivinə, Xəzər rayonunun Türkan qəsəbəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti