Mikayıl Cabbarovla görüşmək istəyirsiniz?

  12 İyul 2013    Oxunub : 416
Mikayıl Cabbarovla görüşmək istəyirsiniz?
Mikayıl Cabbarov Yevlax, Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Göyçay, Ucar, Zərdab sakinləri ilə görüşəcək
AzVision.az Təhsil Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, 19 iyul 2013-cü il tarixində saat 11:00-da təhsil naziri Mikayıl Cabbarov Yevlax şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Yevlax, Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Göyçay, Ucar, Zərdab rayonlarında və Mingəçevir şəhərində yaşayan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinin 146 nömrəli telefonuna və ya [email protected] elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

AzVision.az

Teqlər: