Ötən il 624 nəfərə alimlik dərəcəsi verilib

Ötən il 624 nəfərə alimlik dərəcəsi verilib
  05 Mart 2016    Oxunub:3058
Ötən il Azərbaycanda 81 alimə elmlər doktoru, 543 nəfərə fəlsəfə doktoru elmi dərəcəsi, 59 nəfərə professor, 323 nəfərə isə dosent adı verilib.
Bu barədə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında” hesabatda qeyd edilib.

Hesabatda bildirilib ki, alim və mütəxəssislərə sənaye mülkiyyəti obyektləri üzrə ixtiralara faydalı modelə və sənaye nümunələrinə dair 111 patent verilib.

Hesabat ilində 20-yə yaxın elm-tədqiqat işinin nəticələri istehsalatda tətbiq edilib.

Ötən il yeni yaradılan, azot və fosfor tərkibli “Azofos” gübrəsinin Abşeron və Qəbələdə müxtəlif yem bitkilərində tətbiqi nəticəsində məhsuldarlıq 40 faiz artıb. (trend)


Teqlər:





Xəbər lenti