Olimpiya Stadionunda ilk `toy` - FOTO

Olimpiya Stadionunda ilk `toy` - FOTO
  17 Fevral 2016    Oxunub:5570
Azərbaycanın əməkdar artisti Vəfa Zeynalova `Instagram` səhifəsində Bakı Olimpiya Stadionunda gəlin obrazında çəkdirdiyi fotosunu paylaşıb.
Onunla birlikdə bəy obrazında aparıcı və aktyor Xose Bernardo çəkilib. Fotonun ATV telekanalında yayımlanan teleseriallardan biri üçün çəkildiyi bildirilir.



Qeyd edək ki, Bakı Olimpiya Stadionunda (BOS) toy şənlikləri də keçirmək mümkün olacaq. Bu barədə Stadionun rəsmi saytında elan yerləşdirilib: “Bakı Olimpiya Stadionunda toy etməklə siz bu mühüm hadisəyə yaradıcı yanaşma etmiş olacaqsınız. Ərazinin əzəməti peşəkarlara burada unudulmaz və original mühit qurmağa kömək edəcək.

Siz burada kiçik banketlərdən böyük toy mərasimlərinə qədər tədbirlər keçirə bilərsiniz. Dəbdəbəli interyer, unikal atmosfer, yüksək səviyyəli tədbirlərin təcrübəsi sizə unudulmaz və əvəzolunmaz mərasim yaşadacaq. Əlavə məlumatlar üçün tədbirlər üzrə komandamız ilə əlaqə saxlayın”, - deyə saytda elan yazılıb.

68 min oturacaq yeri olan bu stadionda martın 19-da ilk toy mərasiminin keçiriləcəyi gözlənilir.

AzVision.az



Teqlər:  





Xəbər lenti