Yaman darıxmışam səninçün... - 7 il keçdi (VİDEO)
Tənqidçi-ədəbiyyatşünas kimi də fəaliyyət göstərib. “Səməd Vurğunun həyat və yaradıcılığı” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.Azərbaycan Dövlət Universitetində Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışıb.
AMEA-nın müxbir üzvü, sonra həqiqi üzvü seçilib. Ədəbi-bədii prosesin yorulmaq bilməyən təbliğatçısı və təşkilatçısı kimi tanınırdı.1976-cı ildə “Leninlə söhbət” və “Muğam” poemalarına görə Azərbaycan Dövlət mükafatına layiq görülüb.
“Qırmızı Əmək Bayrağı” və “İstiqlal” ordenləri ilə təltif olunub. O, “Gülüstan” poemasına görə 1962-ci ildə “millətçi” damğası ilə Azərbaycan Dövlət Universitetindən çıxarılıb, yalnız 2 ildən sonra bərpa edilib. Birbaşa Sovet diktaturasını ifşa edən əsərlərini isə şair, sovet ittifaqı dağılandan sonra “Sandıqdan səslər” başlığı altında nəşr etdirib.
B.Vahabzadə 2009-cu ildə 84 yaşında Bakıda vəfat edib.
Yaman darıxmışam səninçün,yaman!
Mən əsir düşmüşəm öz istəyimə.
Nifrəti gizlətmək asandan asan,
Sevgini gizlətmək mahalmış,demə!
Haraylar yüksəlir könüldən yenə,
Bu necə haraydı,bu necə haydı?
Öhdəmdən gələrdim…Gözüm üzünə,
Qulağım səsinə darıxmasaydı.
Yaman darıxmışam…Bu nədir yenə,
Ağlım sağa baxır,ürəyim sola.
Ürəyim dönübdür göy göyərçinə,
Qonub sən gedəli sən gələn yola.
Yaman darıxmışam…Hər axşamçağı
Arzumu günəşin telinə sardım.
Mənimlə olsaydı,mən darıxmağı,
Zamana ən uzun ölçü sanardım.
Yuxuma gəlmişdin…Qısıldıq küncə,
Danışdıq…Yel əsdi…Dağıldı dərd-qəm.
Kölgəyə dönmüşdüm,səni görüncə,
Sənin işığında yox oldu kölgəm.
AzVision.az