Quşlar yaşıl donuzlara qarşı - `Angry Birds`-ün yeni treyleri (VİDEO)

Quşlar yaşıl donuzlara qarşı - `Angry Birds`-ün yeni treyleri (VİDEO)
  27 Yanvar 2016    Oxunub:4222
`Rovio` və `Sony Pictures` şirkəti `Angry birds` mobil oyunu əsasında çəkilən animasiya filminin yeni treylerini yayımlayıb.
AzVision.az xəbər verir ki, videorolik `Youtube` sosial şəbəkəsində yayılıb.

Animasiya filmində əsas qəhrəmanları Ceyson Sudeykis, Coş Qed və Denni Makbrayd, Piter Dinkleyc səsləndiriblər.

Süjetə əsasən xoşbəxt və şən quşların yaşadığı adaya gözlənilmədən dinamitlə dolu yaşıl donuzlar gəlir. Filmin əsas qəhrəmanları donuzların niyyətlərini araşdıracaq.

`Angry Birds` 20 may 2016-cı ildə kinoteatrlarda nümayiş etdiriləcək.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti