Moldova `İkinci Ukrayna`ya çevrilir – TƏHLİL

Moldova `İkinci Ukrayna`ya çevrilir – TƏHLİL
  25 Yanvar 2016    Oxunub:12626
1980-ci ilin sonlarında Moldovanın rəhbəri Mirça Snequr Moskvaya səfəri zamanı müstəqilliklərini elan etmək istədiklərini dilə gətirəndə belə bir təhdid dolu cavab almışdı: "Moldova müstəqiliyini elan edə bilər, amma tək yox, ərazisində 3 müstəqil dövlətlə birgə".

Ötən çərşənbə günündən Moldovada sol müxalifətin – Sosialistlərin və `Bizim partiya`nın geniş etiraz aksiyaları keçirilir. Onlar parlamentin buraxılmasını və yeni seçki keçirilməsini tələb edirlər.

Bu hadisələr ölkənin ikinci Ukraynaya çevrilmə risqini artırmaqdadır. Rusiya siyasətinin ideoloqlarından biri Aleksandr Duqin bildirir ki, Moskva Moldovada istənilən ssenarini, o cümlədən, güc siyasətini həyata keçirməyə hazırdır. Proseslərdə `Rusiya izi` açıq görünməkdədir. Kreml Moldovanı itirməkdən qorxur və buna görə, aqressiv addım ata bilər.

Etirazçıların Moldova Parlament binasına hücumu və sosialistlərin rəhbəri İvan Çebanın aksiyada nazirlərin, həmçinin baş nazirin seçimində deputatların səs vermək hüququnun olmamasına etiraz etməsi niyyətləri açıq şəkildə ortaya qoyur. Sosialistlərin Avropa Birliyinin Kişinyovdakı ofisi qarşısında toplaşması da şübhə doğuran nüanslardan biridir. Aksiyada iştirak edən sosiliast deputatlardan biri elan edib ki, Gömrük İttifaqına inteqrasiyaya dəstək olaraq 800 mindən çox imza toplanılıb. Sosilistlərin tələblərindən biri də budur ki, hakimiyyətin Avropa Birliyi ilə assosiasiya müqaviləsi imzalamaq səlahiyyəti olmamalıdır.



İllərlə dondurulub saxlanılan Dnestryanı münaqişə bu məqamda gözlənilməz şəkildə aktivləşə bilər, çünki Moldova sosialistləri rəsmi Kişinyovun Qərbə inteqrasiyasından çox narahatdırlar.

Əslində sosialistlər deyil, Moskva vəziyyətdən hiddətlənib. Moldovanın Avropa İttifaqı ilə yekun assosiasiya sazişi bağlayacağı günün yaxınlaşması Moskvanı Moldovada “İkinci Ukrayna” sserasini qurmağa sövq edə bilər.

Maraqlıdır ki, təxminən 2 həftə əvvəl qondarma `Dnestryanı Moldova Respublikası`nın `prezidenti` Yevgeni Şevçuk dövlət sərhədi haqqında `qanun`u imzaladı. Qanunda göstərilir ki, Moldovanın nəzarətində olan bir neçə məntəqə Dnestryanı Republikanın ərazisidir. Qərb bu məsələdə Moskvanın əlinin olduğunu düşünür.

Vəziyyəti gərgiləşdirən digər fakt Qaqauz muxtariyyətinın ləğvidir ki, bunu da Avropa İttifaqı Moldovadan tələb edir. Belə olduğu halda Moskvanın əlinə əla fürsət düşmüş olacaq, çünki bir müddət əvvəl Qaqauz assosiasiyanın lideri Mixail Formuzal Moldova hökumətini ölkəni parçalamaqla hədələyib, hətta bu işdə Rusiyaya müraciət etdiyini də açıqlayıb.

Əgər Kişinyov və Tiraspol arasında gözlənilməz hərbi qarşıdurma baş versə, Dnestryanının kömək üçün Rusiyaya müraciət edəcəyi bəllidir. Rusiyalı ekspertlərin fikrincə, Moldova Avrasiya İttifaqına daxil olmağa razılaşsa, Dnestryanı münaqişəsi həll edilə bilər. Lakin moldovalı politoloqlara görə, Dnestryanı münaqişə o halda çözüləcək ki, Rusiya oradakı hərbi kontingentini çıxarsın.

2006-ci ilin sentyabr ayında keçirilən referendumun nəticəsinə görə, Dnestryanı əhalisinin 96 faizi Rusiyaya birləşmək istəyir. Bu faktor ən çətin məqamda həmin bölgənin II Krım olaraq anneksiyasını reallaşdırma imkanı açır.

Dnestyanı münaqişənin tarixi və danışıqlar prossesi

Konfliktin ilk toxumları SSRİ dönəmində səpilib. SSRİ dağıldıqdan sonra keçmiş postsovet ölkələrində müxtəlif münaqişə ocaqları yarandığı kimi, Moldovada da Dnesrtyanı problemi ortaya çıxdı. Münaqişənin yaranma səbəbi kimi konfliktoloji ədəbiyyatda 1989-cu ildə Moldova Parlamentinin rəsmi dövlət dili ilə bağlı qəbul etdiyi qərar göstərilir. Qərara görə, Moldovan dili dövlət dili elan olundu və kiril əlifbasından latına keçildi. Dnestryanı əhalisi buna etiraz etdi. 1990-cı ildə Dnestryanı referendum keçirərək, Moldovadan ayrıldığını açıqladı - seçicilərin 97,7%-i müstəqilliyə səs vermişdi.

Tərəflər arasında dərinləşən uçurum silahlı toqquşmaya gətirib çıxardı və ilk qarşıdurmalarda 700-ə qədər insan həlak oldu. Rusiyanın 14-cü ordusu general Lebedin rəhbərliyilə Dnestryanına gəlir və Moldova məğlub edilir. Həmin ildə Rusiya və Moldova liderləri Boris Yeltsin və Mirça Snequr arasında atəşkəs anlaşması imzalanır. O tarixdən etirabarən danışıqlar prossesinə start verildi.

Proses 5 mərhələdən keçib:

1) 1993-1997 illər
- Dnestr görüşləri. Görüşlər öncə Transdnestr bölgəsi ilə Moldova hökuməti arasında başlasa da, sonradan format genişləndi. 1993-cü ildə ATƏT danışıqlara qatıldı, lakin Moldova dövləti 1994-cü ildən 1997-ci ilə qədər tərəflər arasında imzalanmış 80-ə qədər sənədin reallaşdırılmasından vaz keçdi və beləcə, birinci mərhələ nəticəsiz bitdi.

2) 1997-1998-ci illər - Odessa prossesi: Rusiya ilə bərabər 1997-ci ildən etibarən Ukrayna danışıqlara təminatçı kimi qoşuldu. Hətta həll prossesinin ən aktiv bazası 1997-98-ci illərdə qəbul edilib. Nəhayət, 1998-ci ldə Odessa danışıqlarının sonu olaraq qarşılıqlı güvən və normallaşma yolunda sənədlər imzalandı.

3) 2002-2003-cü illər - Kozan-Bratislava prossesi: Danışqların sonu olaraq 2002-ci ildə Bratislavada rəsmi sənəd imzalandı. 2003-cü ildə yekun olaraq imzalanmaq üçün "Kozan memorandumu" hazırlanmışdı. Memorandumda problemin federativ yolla həlli paketi təklif edilirdi, ancaq 1 gün qalmış rəsmi Kişinyov sənədi imzalamaqdan imtina etdi.

4) 2005-2006-cı il - Kişinyov prossesi: 2005-ci ildə görüşlərə ABŞ və Avropa Birliyi də qatıldır. Bununla da görüşlərin formatı 5+2 şəkilini aldı (ATƏT, Rusiya, Ukrayna, ABŞ, AB + Moldova, Dnestryanı). Fəqət 2006-ci ilin ortalarında Moldova danışıqlar prossesindən ayrıldı. Beləcə, görüşlər 2006-ci ilin mart ayında sonlanmış oldu.

5) 2006-ci ildən sonrakı, yəni qeyri-rəsmi prosses: bu görüşlər koordinasiya edilməmiş şəkildə və 5+2 formatında davam edib, habelə 4-5 görüş də təşkil olunub, amma nəticə əldə edilməyib.

ATƏT-in İstanbul sammitində Rusiyanın qarşısında məsələ qoyuldu ki, 2001-ci ilin sonundək qoşunlarını Moldovadan çıxarsın. Lakin hələ də 2500 nəfər rus hərbçisi Transdnestr bölgəsində qalmaqdadır. ATƏT və Rusiya arasında 1999-cu ildə imzalanmış razılığa görə, Rusiya 2004-cü ildə bütünlükdə Dnestryanından çıxmalı idi, lakin yeri əhali bunu istəmədiyini elan etdi. Moldova tərəfi isə tələb edir ki, bölgədən rus qoşunları çıxarılmalı, əvəzində ATƏT-in sülhyaratma qüvvələri yerləşdirilməlidir. Avropa buna o qədər də həvəslə yanaşmır, çünki bu addım əlavə xərc deməkdir.

Məsələnin başqa bir tərəfi isə Dnestryanı bölgənin Rusiyadan iqtisadi asılılığıdır. 20 ildən yuxarıdır ki, Rusiya oranı qazla təmin edir. Qaz borcu isə fantastik rəqəmlərlə ölçülür. Regionda ən böyük problemlərdən biri də işsizlikdir. İnsanlar iş üçün Rusiyaya üz tuturlar.

Fərrux Həsənov
AzVision.az


Teqlər:  





Xəbər lenti